waplog

Keçiricilik qabiliyyətini itirmədən iki dəfə uzana bilən tranzistor yaradılıb


Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış tranzistor dartılmaq qabiliyyətinə malikdir və bu halda keçiricilik qabiliyyətinin çox hissəsini özündə saxlayır. Alimlərin fikrincə, belə tranzistor daşınan elektron qurğuların yaradılmasında olduqca faydalı ola bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, alimlər izah edirlər ki, istehsal xərclərinin yüksək olması ilə əlaqədar elastik tranzistorlardan istifadə azalsa da,  onlara maraq azalmayıb. İndi alimlər tranzistorun yaradılması üçün silisium əvəzinə, polimerdən istifadə ediblər ki, tranzistoru yalnız əymək deyil, həm də uzatmaq mümkün olsun.

Tranzistorun tərkibi “SEBS” elastik polimerinin içinə daxil edilmiş “DPP-TT” yarımkeçirici polimerindən ibarətdir. İdeya ondan ibarətdir ki, bu polimerlər bir-birinə mane olmadan fəaliyyət göstərirlər. Nəticədə elastik, nazik plyonkalı tranzistor yaradılıb və onu minimum xərc sərf etməklə otaq temperaturunda printerin köməyi ilə istehsal etmək mümkündür.

Emil Hüseynov


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL