waplog

Yüksəktexnologiyalı pijama yuxu zamanı idmançıların bədəninin bərpasına kömək edəcək


“Under Armour” şirkəti tərəfindən “CES” beynəlxalq istehlak elektronikası sərgisində təqdim edilmiş yeni pijamalar idmançılar yatarkən onların bədənini bərpa edəcək və yorucu məşqdən sonra idmançıların özlərini yaxşı hiss etməsinə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, “Athlete Recovery Sleepwear” adlı innovativ geyim ilk baxışdan adi pijamaya oxşayır, amma geyimin arxa tərəfində biokeramika (tibdə zədələnmiş hüceyrələrin bərpası üçün istifadə edilən material) elementləri mövcuddur.

Belə pijamanın dəyəri 80 dollardır.

Emil Hüseynov


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL