waplog

Avstriyalı mütəxəssis Azərbaycanda elektron hökumət sahəsində görülən işləri yüksək qiymətləndirib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahələrində mövcud vəziyyətin təhlili və bu sahələrin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması üçün Azərbaycana dəvət olunub.
 
Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur.

Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. Cənab Rup Azərbaycanda olduğu dövrdə burada elektron hökumətin təşkili ilə bağlı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və digər qurumlarda görüşlər keçirib. Cənab Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
  
Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda cənab Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib.
 
Kristian Rupun ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
  
Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında (www.e-gov.az) elektron xidmətlərin sayı 430-a çatıb. 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL