waplog

Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar


Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır. Smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir. Məsələn, məhz akkumulyator batareyasının defekti "Samsung Galaxy Note 7" smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, Stenford Universitetinin alimləri bu problemin həlli kimi oda davamlı litium-ion akkumulyator prototipini hazırlayıblar.

Litium-ion batareyalarının alışıb yanması ilə mübarizə metodu trifenilfosfat adlı maddədən istifadəyə əsaslanır. Bu maddə akkumulyatorun elektrodlarını bir-birindən ayıran və plastikdən hazırlanmış ayırıcılara əlavə olunur. Batareya 150 selsi dərəcəyə qədər  qızdıqda ayırıcılar əriməyə başlayaraq trifenilfosfat maddəsi buraxırlar ki, bu da alışmanın qarşısını alır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL