waplog

Rekord dərəcədə sürətli yaddaş elementi yaradılıb


Polşanın Belostok Universiteti və Niderlandın Radbud Universitetinin fizikləri informasiya bitini rekord dərəcədə sürətli (20 pikosaniyədən az ) yazan və oxuyan yaddaş hazırlayıblar. Bu göstərici müasir fləş yaddaşı ən azı 500 dəfə üstələyir. Qurğu optik impulsların köməyi ilə maqnit vəziyyətlərinin yazılması əsasında işləyir. Müəlliflərin sözlərinə görə, yaddaş həm də "0" vəziyyətindən "1" vəziyyətinə keçid üçün az enerji (sərt disk və fləş yaddaşla müqayisədə təxminən milyard dəfə daha az) tələb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, yaddaş elementlərinin sürətləndirilməsi üçün yanaşmalardan biri maqnit (“HDD”) və ya elektrik (“Flash”) yazma texnologiyasından maqnitoptik texnologiyaya keçiddir. Müəyyənləşdirilmiş lazer impulslarının təsiri altında maqnit materiallarının domenləri öz maqnitləşməsini dəyişdirə bilər və maqnitlərdə koersitiv qüvvələr bu maqnitləşmənin yox olmasına imkan vermir. Amma eyni zamanda maqnit materialları optik şüanı effektiv udur və buna görə qızır. Müəyyən temperaturdan (“Küri nöqtəsi”) yuxarı qızma materialda maqnit sıralanmasını məhv edir ki, bu da yazılmış informasiyanın itməsi ilə nəticələnir. Metal ərintiləri əsasında belə yaddaş yaratmağa cəhd göstərmiş fiziklər bu problemlərlə rastlaşıblar.

Yeni işin müəllifləri tərəfindən tapılmış ittrium dəmir qranat materialında maqnit vəziyyətinin dəyişilməsi üçün lazımi enerji “Küri nöqtəsi”nə kimi qızma üçün tələb olunan enerjidən xeyli azdır. İttrium dəmir qranat elektrik cərəyanını keçirməyən şəffaf optik materialdır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL