waplog

Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub


“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdirlər. Oxşar aksessuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” şirkəti bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, başın arxa hissəsindən taxılan “Sola” qurğusu simsiz qulaqcıqlar üçün adi formada düzəldilib. Layihə müəlliflərinin sözlərinə görə, günəş enerjisi ilə qulaqcığın avtonom iş rejimi 25-30 faiz artır.

Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. Qurğuda mikrofon, 200 milliamper/saat tutumlu akkumulyator, USB vasitəsilə enerji toplamaq üçün çıxış, eləcə də küyü azaltma funksiyası quraşdırılıb.

Hazırda “Indiegogo” saytında qurğunun istehsalı üçün vəsait toplanır və artıq gözlənilən 30 min dolların üçdə bir hissəsi yığılıb. İlk əmanətçilər üçün qiyməti 29 dollar olacaq qulaqcığın ilk tədarüklərinə iyulda başlamaq planlaşdırılır.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL