waplog

İnsanın diqqətini tənzimləyən “ağıllı” eynək hazırlanıb


Yuta Universitetinin alimləri yaxın gələcəkdə adi eynəklərin populyar olmayacağına əmindirlər. Belə ki, onların fikri insanın diqqətini qarşısında gördüyünə yönəldəcək müasir “ağıllı” eynəklərin hazırlanmasına əsaslanır.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “ağıllı” eynək qurğusu fokuslamanı tənzimləyən avtomatik mexanizmə malik maye linzalı xüsusi çərçivədir. Texnologiyadan yaxın üç ildə adi insanların yararlana biləcəkləri nəzərdə tutulur.

Elmi qrupun rəhbəri Karlos Mastrancelo əmindir ki, eynəkdən istifadə edən əksər insanlar onu geyməli və çıxarmalı olmasına görə daim narahatlıq keçirir. Yeni texnologiya isə bu problemi həll etməyə kömək edəcək. “Ağıllı” eynək texnologiyasının mahiyyəti yaş ötdükcə effektivliyini itirən göz büllurunun işinə əsaslanan diqqətin tənzimlənməsindən ibarətdir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL