waplog

Cihazı günəş enerjisi ilə dolduran və şəhər üçün məlumat toplayan “ağıllı” skamyalar təqdim olunub


“MIT Media Lab”dan gəlmələr tərəfindən təsis edilmiş “Changing Environments” startapı günəş enerjisi ilə işləyən cihazlar üçün enerji doldurma qurğularından ibarət şəhər skamyaları və ictimai nəqliyyatın gəlmə vaxtını, hava, hadisələr haqda informasiyanı göstərən rəqəmli informasiya göstəriciləri təqdim edib. Hər bir skamyada 2 ədəd “USB” portu quraşdırılıb, rəqəmli göstəricilər enerjini, həmçinin günəş batareyalarının köməyi ilə əldə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, hər bir skamya piyada hərəkəti haqda məlumat toplayan sensorlarla təchiz edilib. Toplanılmış məlumat simsiz şəbəkə vasitəsilə şirkətin mənzil-qərargahına ötürülür. Şəhər administrasiyası bu informasiyanı şəhərsalma haqda qərarların qəbulunda, tədbirlərin keçirilməsində istifadə edə bilər. Həmçinin skamyalarda enerjidoldurma qurğularından istifadə tezliyi haqda informasiya toplanılır, yaxınlıqdan keçən piyadaların mobil qurğularındakı elektromaqnit siqnalları qeydə alınır. “Changing Environments” startapının proqram təminatı bu məlumatların köməyi ilə şəhərin hər hansı yerində olan canlanmanı müəyyənləşdirir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL