waplog

Qarabağ ərazisində rəqəmli TV yayıma başladı


Artıq Qarabağ bölgəsində də rəqəmli TV yayımına başlanılıb. Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, bölgədə yayım Ağsu Radio Televiziya Yayım Stansiyasında yüksək tələblərə cavab verən rəqəmli TV yayım avadanlığı qurulmasından sonra baş tutub.

”Ağsu aşırımının 864 metr hündürlüyündə 92 metrlik teleqüllədən yayım həyata keçirilir. Bu yayım bütün Aran bölgəsi ilə yanaşı, Qarabağ bölgəsini də əhatə edir”.

Beləliklə, birlik bununla da Azərbaycanda rəqəmli yayımla ölkə əhalisinin 55 faizinin yaşadığı ərazini əhatə etmiş olur”.

Texniki direktor gələn il bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL