waplog

Dövlət Sosial Müdafiə Fondu elektron rəqəmli imzalar tətbiq edir


Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələn rübdən etibarən elektron rəqəmli imzalar tətbiq edir. Bu barədə DSMF Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov hesabatlılıq və icbari sosial sığorta ödənişləri üzrə yeni elektron sistemin təqdimatı zamanı bildirib.

"Hazırda rəqəmli imzaların tətbiq olunacağı elektron idarəetmə sisteminin proqram məzmununun təkmilləşdirilməsi üzrə işlər tamamlanma mərhələsindədir", - Məcidov deyib.

Elektron rəqəmli imzaların verilməsi mərkəzi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2011-ci il sentyabrın 7-də istismara verilib.

Azərbaycanda elektron rəqəmli imzaların tətbiqi dövlət müəssisələri arasında qarşılıqlı elektron əlaqənin inkişaf sürətini artırmağa imkan verəcək, eləcə də elektron xidmətlərin və elektron ticarətin inkişafına təkan verəcək.

İmzaların verilməsi imzanı alan şəxs tərəfindən ərizə verildikdən və imzanın dəyəri ödənildikdən sonra poçt rabitə şöbələri vasitəsilə həyata keçirilir. Azərbaycanın bütün ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında rəqəmli imza almaq mümkündür.

Rəqəmli imza almaq haqqında daha ətraflı /e-imza.az/ ünvanda məlumat almaq mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL