waplog

Ötən il smartfonlar bazarı üçün əlamətdar olub


“IDC” analitik şirkəti 2016-cı ilin smartfonlar bazarı tarixində ən əlamətdar il olmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, tədqiqatçıların məlumatına görə, ötən ilin sonuncu rübündə dünya miqyasında smartfonların tədarük həcmi 428,5 milyon ədədə çatıb ki, bu da 2015-ci ildən 7 faiz çoxdur. 2016-cı ilin yekunları üzrə istehsalçılar ümumilikdə 1,47 milyard smartfon buraxıblar. Bir il əvvəl isə bu göstərici 1,4 milyard təşkil edib.

“IDC” nümayəndəsi Rayan Reyt bildirib ki, ötən il “iPhone” tədarükünün ilk dəfə azalması, Çinin “Huawei” istehsalçısının smartfonlar bazarında payının 10 faiz artması, eləcə də əksər inkişaf etməkdə olan regionlarda, məsələn, artımın gözlənildiyi Yaxın Şərq və Cənubi Amerikada tədarükün azalması ilə yadda qalıb.

2016-cı ildə qlobal smartfonlar bazarının həcmi 2,3 faiz artıb, halbuki bunadək 10,4 faizlik artım nümayiş etdirib. “IDC” analitikləri 2017-ci ildə yenilənmiş “iPhone” smartfonunun buraxılışı və Cənubi Amerika, Afrika və Yaxın Şərqin müsbət tədarük artımı dinamikasına qayıdışı sayəsində artım tempinin yüksələcəyini proqnozlaşdırırlar.

Ötən ilin dördüncü rübündə “Apple” şirkəti smartfon tədarükü sayına görə lider olaraq “Samsung” şirkətini geridə qoyub. Üçüncü yerdə bazar payı 10,6 faizə bərabər “Huawei” şirkəti qərarlaşıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL