waplog

Məlumatları uzaq məsafədən 54 Mbit/saniyə sürətlə ötürə bilən radioavadanlıqlar sınaqdan keçirilib


Azərbaycanın “Kür” kompyuter avadanlıqları istehsalçısı Türkiyənin "NSH Technology Systems" şirkəti ilə imzaladığı sazişin icrası istiqamətində apardığı sınaqlar uğurlu alınıb. Bu barədə zavodun direktoru Rizvan Osmanov bildirib.

Onun sözlərinə görə, “Kür” “NSH Technology Systems”-ə təqdim olunan və məlumatları uzaq məsafədən 54 Mbit/saniyə sürətlə ötürə bilən radioavadanlıqların sınağını həyata keçirib.

Sınaq Mingəçevir şəhərində avtomat telefon stansiyası ilə “Kür” zavodu arasında həyata keçirilib.

ATS-dən zavodadək marşrutun uzunluğu təxminən 3,5 kilometr təşkil edir. Sınaqlar radioavadanlıqların sabit işlədiyini göstərib.

Sınaqdan keçirilən avadanlığın üstünlüyü həm də daha geniş müdafiə və əhatə zonasına malik simsiz “Wi-Fi” avadanlıqlarının yerləşdirilməsinin mümkünlüyüdür.

Qeyd edək ki, bu avadanlıqların “Bakutel-2011” sərgisi çərçivəsində təqdim olunması planlaşdırılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL