waplog

Məşhur sosial şəbəkə 13 yaşını qeyd edir


2004-cü il fevralın 4-də istifadəyə verilən dünyanın ən böyük “Facebook” sosial şəbəkəsi bu gün 13 yaşını qeyd edir. İngilis dilindən hərfi tərcüməsi “Şəxslər kataloqu” olan “Facebook” şəbəkəsini amerikalı proqramçı Mark Sukerberq tələbəlik illərində yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, gələcək populyar sosial şəbəkənin layihəsi uzun müddət formalaşıb. Məhsulun adı isə “Phillips Exeter” akademiyasının divarlarında asılan bütün işçi heyətinin və şagirdlərin siyahısının adlarından götürülüb. Sonradan Harvard Universitetində oxşar layihəni həyata keçirmək qərarına gələn M.Sukerberq təhsil müəssisəsinin rəhbərliyinin etirazı ilə qarşılaşıb. Lakin heç bir çətinlik onu fikrindən daşınmağa məcbur edə bilməyib. O, artıq bir neçə müddət sonra universitetin məlumat bazasını sındırıb, eləcə də “Facemash” portalını yaradıb. Saytda tələbələrin fotoşəkilləri yerləşdirilib, eləcə də istifadəçilərə ən uğurlu fotonu seçmək təklif olunub.

Portal qısa vaxt ərzində populyarlıq qazanıb. Lakin məlumat bazasının sındırılması ilə bağlı hadisə böyük səs-küy yaradıb və nəticədə M.Sukerberq bir müddət kənara çəkilmək məcburiyyətində qalıb. Buna baxmayaraq 4 fevral 2004-cü ildə gənc proqramçının yaşadığı məşhur Harvard Universitetinin yataqxanasında yeni və o zaman məşhur olmayan - “Facebook” sosial şəbəkəsi istifadəyə verilib. M.Sukerberqə şəbəkənin yaradılmasında dostları Eduardo Saverin, Kris Hyuz və Dastin Moskovis yardımçı olub.

Beləliklə, tezliklə ilk akkauntlar yaranıb və resurs Harvard tələbələrinin müasir aparıcı ünsiyyət sisteminə çevrilib. Potensial istifadəçilər arasında böyük populyarlıq qazanan şəbəkə əvvəlcə ABŞ-da, daha sonra bütün dünyada yayılmağa başlayıb.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL