waplog

İşığın köməyi ilə çap texnologiyası hazırlanıb


Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri kənar təsir nəticəsində rəngini dəyişdirən nanozərrəciklərdən ibarət nazik plyonkadır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı “işıq çapı kağızı” adlandırıblar.

Çap prosesində adətən "rəngsiz fonda göy rəng" yaradılır, çünki belə daha yaxşı oxunulur, hərçənd əksinə də mümkündür.

Çap edildikdən sonra yüksək təsvir ölçüsünə malik təsvir sənəd üzərində 5 gün qalır, bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni sürətli silmək üçün kağızı 10 dəqiqə ərzində 120 selsi dərəcəyədək qızdırmaq lazımdır.

Yeni texnologiya təbii resurslara xeyli qənaət etməyə imkan verəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL