waplog

“UBeam” simsiz enerjidoldurma qurğusunun prototipi nümayiş etdirilib


Ultrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən “UBeam” adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş “Upfront Summit” sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkətin lideri, həmçinin xatırladıb ki, enerji doldurmaq üçün çexol nümayiş etdirilmiş prototiplə müqayisədə daha nazik olacaq. Bununla belə layihənin bazara çıxarılma müddəti haqda məlumat yoxdur. Ötürücü aparatın ölçüsünün kiçildilməsi növbəti addım olacaq. Nümayiş zamanı bildirilib ki, yeni qurğunu sikkə ölçüsündə çip daxilində yerləşdirmək mümkün olub. Həmçinin “UBeam” cihazının dəstəklədiyi məsafə və qurğuların siyahısı haqda məlumat verilməyib.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL