waplog

“VR Sense” oyun qurğusu virtual reallıqda hiss etməyə imkan verəcək


“Dynasty Warriors” oyunlar seriyası üzrə populyarlaşmış “Koei Tecmo Wave” şirkəti virtual reallığa yüklənmə zamanı hiss etməyə imkan verən “VR Sense” adlı oyun qurğusu təqdim edib. “VR Sense” oyun qurğusunun kabinəsi çoxfunksiyalı dəri oturacaqdan ibarətdir. Bu texnologiya sayəsində oyunçu virtual video və oyunlarda hərəkət, qoxu, toxunuş, külək, istilik, soyuq, yağış və hətta dumanı hiss edəcək. Kabinə ev istifadəsi üçün nəzərdə tutulmayıb, "ödə və oyna" prinsipi üzrə işləyir. Deməli, bu oyun qurğusu ticarət mərkəzləri və əyləncə parklarında istifadə olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “VR Sense” oyun qurğusunun çıxarılması anına kimi üç oyun əlçatan olacaq. “GI Jockey Sense” oyununda oyunçular virtual at üzərində səyahət zamanı hərəkət və vibrasiyanı, həmçinin külək, yağış və hətta qarın təsirini hiss edə biləcəklər. “Resident Evil” oyununun variasiyası olan “Horror Sense” oyununda oyunçuları böcəklər və xırda həşəratlar qorxudacaq. Nəhayət, “Dynasty Warrior” oyununun virtual reallığa daşınmış versiyasında hərbi döyüşlərin iştirakçısı olacaq istifadəçilər özlərini əsl müharibədə hiss edəcəklər.

“Koei Tecmo” şirkətinin nümayəndəsi onların quraşdırmasında istifadə edilən “VR” şlemin adını açıqlamayıb. 10 fevral tarixində keçiriləcək “Japan Amusement Expo 2017” sərgisində bütün təfərrüatlar haqda məlumat veriləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL