waplog

Amerikalı alim mexaniki zədəyə davamlı akkumulyator yaradıb


Müxtəlif cihazların daxilində qurulmuş akkumulyatorlarla son dərəcə ehtiyatlı olmaq lazımdır, çünki istənilən mexaniki zədə yanğın və ya  partlayışa səbəb ola bilər. Taftsa Universitetinin professoru Mayk Zimmerman bu problemin həlli ilə məşğul olub.  Yeni batareyanı güclü zədələdikdə belə o partlamır. Müasir smartfon və başqa texnikada istifadə edilən adi litium-ion akkumulyatorlardan fərqli olaraq, Mayk Zimmermanın həlli yalnız təhlükəsiz deyil, həm də onu kəsdikdə belə normal işləməyə davam edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Mayk Zimmermanın ixtirası böyük potensiala malikdir, amma alim hələ iki ciddi problemi həll etməlidir. Hazırda belə akkumulyatorların etibarlılığını yoxlamaq və istismar müddətində ölçüsünün dəyişməsini aydınlaşdırmaq lazımdır.

Emil Hüseynov





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL