waplog

İndi internet olmadan da “YouTube”da videoları izləmək mümkündür


“Google” şirkəti internetə qoşulma olmadan videoları izləməyə imkan verən tətbiq istifadəyə verib. “YouTube Go” çarxları  yaddaş kartında saxlamağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, internetə qoşulmanın sürəti yüksək olmadıqda onlayn videoları izləmək çətindir. İndi “Android” mobil əməliyyat sistemi üçün “YouTube Go” tətbiqinin beta versiyasında çarxı yükləmək və fraqmentlərin yüklənməsini gözləmədən izləmək mümkündür.

Sözügedən tətbiq internetə aşağı sürətlə çıxışa malik regionlar üçün hazırlandığından iki keyfiyyət variantı dəstəklənir: “Basic Quality” (144p) və “Standard Quality” (360p). Videonun təsvirində yalnız onun müddəti deyil, həmçinin tutumu (meqabaytla) göstərilir.

“YouTube Go” tətbiqində yüksək təsvir ölçülü çarxı yükləmək olmaz, çünki aşağı sürətli internetlə “4K” və ya “Full HD” formatında videonun köçürülməsinə çox vaxt lazımdır.

Bundan başqa, yüklənmiş videoları “Bluetooth” vasitəsilə dostlarla bölüşmək imkanı var.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL