waplog

“Amazon” şirkəti şəkil vasitəsilə yaşın müəyyənləşdirilməsi xidmətini təqdim edib


"Microsoft" şirkəti xeyli müddət əvvəl şəkillər vasitəsilə insanların yaşının təyin edilməsi üçün xidmət təqdim etmişdi. İndi "Amazon" şirkəti oxşar həll təqdim edib. Yeni xidməti sınaqdan keçirmiş istifadəçilər hər iki xidməti müqayisə edərək belə qənaətə gəliblər ki, "Amazon" şirkətinin həlli yalnız yaş qrupunu deyil, həm də insanın üz ifadəsini müəyyənləşdirir və daha dəqiq işləyir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, istifadəçilər "Amazon" şirkətinin yeni həllinin "SDK"-ni yükləyə və ya xüsusi veb səhifədə demo versiyadan istifadə edə bilərlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL