waplog

"Google Maps” proqramında sevimli yerlərin siyahısını paylaşmaq imkanı yaradılıb


“Google Maps” proqramında yeni genişmiqyaslı yeniləmə edilib və yeni funksiyalar istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, indi bu proqramdan istifadə edənlər sevimli yerlərin siyahısını yaradaraq onu sosial şəbəkə, elektron poçt və ya messencerlər vasitəsilə öz dostları və izləyiciləri ilə paylaşa biləcəklər. Başlanğıc olaraq iki siyahı əlçatandır: "Səyahət etmək istəyirəm" və "Seçilmiş". Siyahıya hər hansı yeri əlavə etmək üçün sadəcə "Saxlamaq" düyməsinə sıxmaq lazımdır.

Yeniləmə artıq həm “iOS”, həm də “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün əlçatandır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL