waplog

Çində ilk robot polis vağzalda təhlükəsizliyə nəzarət edəcək


Çinin Henan əyalətinin dəmiryolu vağzalında ilk robot polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, robot polisin Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərməsi bildirilir.

Məlumata görə, robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, temperatur səviyyəsini skan edə və yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.     
      
Qeyd olunur ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində duracaq.

Təkərlər üzərində hərəkət edən insan boyundan kiçik ağ-qara robotun səthində çoxlu sensorlar quraşdırılıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL