waplog

Fırıldaqçılıqdan qlobal itkilər 2 trilyon dollara çatacaq


“Experian” şirkətinin sifarişi ilə “Forrester Consulting” əməkdaşları tədqiqat keçirərək böyük şirkətlərin top-menecerlərinin 42 faizinin fırıldaqçılığı əhəmiyyətinə görə biznesin artımı üçün ikinci maneə hesab etməsini müəyyənləşdiriblər. Bununla yanaşı, başlıca mənfi amil rəqiblərin fəaliyyəti olaraq qalır.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqatda Avropa, Yaxın Şərq və Afrika ölkələrini təmsil edən şirkətlərin təxminən 400 rəhbəri iştirak edib. Tədqiqatın nəticələrindən məlum olub ki, əksər şirkət rəhbərləri fırıldaqçılığın qarşısının alınması və müştərilərin rahatlığı prosedurları arasında riskdən yayınmaq üçün vasitənin tapılmasının əhəmiyyətini anlamır. Bundan başqa, rəyi soruşulanların əksər hissəsi şirkətlərində fırıldaqçılığın qarşısını almaq üçün istifadə olunan prosesləri kifayət qədər effektiv hesab etmir.

Baş direktorların 77 faizi etiraf edib ki, onların fırıldaqçılığın qarşısını almaq üçün mövcud strategiyaları səmərəli deyil.

Respondentlərin fikrincə, təşkilatların yalnız 28 faizində fırıldaqçılarla vicdanlı müştərilər üçün narahatlıq yaratmayan balanslaşdırılmış mübarizə üsulu hazırlanıb.

Şirkətlərin təxminən 31 faizi fırıldaqçılıq cəhdlərinin daimi monitorinqini aparır, real vaxt rejimində müştərilərin tranzaksiyalarını izləyir və ya dəqiq məlumat mənbələrinə çıxışa malikdir.

Nəticədə şirkətlərin rəhbər heyətinin 45 faizi yaxın ildə fırıldaqçılığın qarşısının alınması üçün analitikanı təkmilləşdirərək yeni texnologiyalara, o cümlədən qurğuların tanınması üzrə proqram təminatına vəsaitlər yatırmağı planlaşdırır.

Rəhbərlərin çox hissəsi sürətli hərəkət etmək zərurətini dərk edərək ənənəvi biznes modellərinin yaxın beş ildə tam aradan qaldırılacağından ehtiyat edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL