waplog

“Instagram” bir postda 10-dək fotoşəklin dərcinə icazə verdi


“Instagram” xidmətində istifadəyə verilmiş yeni funksiya bir postda 10-dək fotoşəkil və videoçarx dərc etməyə imkan verir. Bu haqda şirkətin bloqunda qeyd edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, məlumata əsasən, yeni postu dərc etməyə hazırlaşarkən xüsusi ikonkaya sıxaraq 10-dək fotoşəkil və videoçarx seçmək mümkündür. Şəkilləri bir stildə və ya hər birini ayrı-ayrılıqda redaktə etmək mümkündür. “Instagram”, həmçinin fotoşəkil və videoçarxların ardıcıllıq qaydasını seçməyə imkan verəcək. Şəkillərin və videonun sayı dərcin alt hissəsində nöqtələrlə göstəriləcək.

“Instagram”ın mətbuat xidmətindən verilmiş məlumata görə, “Stories”dən fərqli olaraq (postlar 24 saatdan sonra silinir) bu postlar profildə saxlanılacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL