waplog

“Microsoft” mətnin daxil edilməsi üçün gözlərin hərəkətinin işinə əsaslanan proqram hazırlayıb


“Microsoft Research” şirkəti tərəfindən hazırlanmış proqram təminatı istifadəçiyə gözlərin hərəkətinin köməyi ilə smartfonda mətn daxil etməyə imkan verir. Şirkət tərəfindən göndərilmiş rəsmi press-relizdə yeni həll “Eye-gaze” adlandırılır, ancaq “Microsoft” şirkətinin saytında yeni texnologiya “GazeSpeak” kimi tanıdılır. Sistem 2017-ci ilin mayında ABŞ-da keçiriləcək “CHI 2017” konfransında təqdim ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, istehsalçının iddiasına görə, “GazeSpeak” analoqları ilə müqayisədə daha ucuz və istifadəsi rahatdır. Proqram məhdud hərəkət imkanlarına malik insanlar üçün nəzərdə tutulub və hələ ki “iOS” sistemi ilə işləyən mobil qurğularda əlçatandır. Bu texnologiyanın hazırlanmasında “Microsoft Research” şirkətindən başqa Vaşinqton Universitetinin əməkdaşları da iştirak ediblər.

Analoji proqramlar kimi “GazeSpeak” həlli də hərflərdən ibarət cədvələ baxan istifadəçinin gözlərinin hərəkətini izləyir. Yeganə fərq ondadır ki, əvvəllər gözlərin hərəkətinin izlənilməsi üçün infraqırmızı sensorlardan istifadə olunurdusa, indi smartfonun kameraları kifayətdir. Birincisi, lazımi infraqırmızı aparatlar dəstinin qiyməti təxminən 5-10 min dollardır, ikincisi, parlaq işıqda işləmir. Mobil qurğular üçün nəzərdə tutulmuş “GazeSpeak” proqram təminatı daha ucuzdur və hətta parlaq günəş işığında smartfonda mətn daxil etməyə imkan verir.

İstehsalçıların iddiasına görə, “GazeSpeak” proqram təminatı cümləni 1,5 dəqiqə ərzində yığmağa imkan verir. Müqayisə üçün qeyd edək ki, daha bahalı sistemlər eyni işə 2 dəqiqədən çox vaxt sərf edirlər. “Microsoft”un nümayəndəsi bildirir ki, sınaq iştirakçıları “GazeSpeak” proqram təminatını daha asan və rahat daxiletmə üsulu hesab edirlər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL