waplog

“5G” sənayesinin dəyəri 1,2 trilyon dollara çatacaq


“Ericsson” şirkəti 2026-cı ilədək beşinci nəsil mobil rabitə (5G) sektorunun 1,2 trilyon dollar məbləğində ümumi gəlirinin əsas hissəsinin enerjipaylama şirkətləri, istehsal və səhiyyə sahəsi və təhlükəsizlik sektoru tərəfindən generasiya ediləcəyini proqnozlaşdırır. 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, proqnoza görə, 1 233 trilyon dollar həcmində ümumi gəlirin 20 faizi energetika, 19 faizi istehsal sahəsində generasiya ediləcək. Təhlükəsizlik sistemlərinin, eləcə də səhiyyə sahəsinin payı 13 faiz təşkil edəcək. Həmçinin, media və əyləncə, eləcə də ictimai nəqliyyat sahəsi hərəyə 10 faiz paya sahib çıxacaq, avtomobillərin və maliyyə müəssisələrinin payı isə müvafiq olaraq 8 və 6 faizə bərabər olacaq.  

“5G” şəbəkəsinin biznes üçün potensialının təsvir olunduğu hesabata görə, “5G” sənayenin rəqəmləşdirilməsinin artması dövründə başlıca texnologiya olacaq. Texnologiya elektron oyunlar sənayesi, özüyeriyən nəqliyyat, məsafəli robot cərrahiyyəsi, təmir və xidmət sahəsində əlavə reallıqdan istifadə kimi sənayenin rəqəmləşdirilməsindən istifadə üzrə variantları yaratmağa və inkişaf etdirməyə kömək edəcək. Ən böyük imkanlar energetika və kommunal sektorunda, istehsal və təhlükəsizlik sahəsində gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL