waplog

“Samsung” şirkəti “Galaxy Tab 7.0 Plus” planşetini təqdim edib


“Samsung” şirkəti “Galaxy Tab” xəttində yeni planşetini təqdim edib. Bu, “7.0 Plus” modelidir.

Qurğu 1.2 QHz takt tezlikli 2 nüvəli prosessor əsasında işləyir, 1024x600 piksel kəskinlikli 7 düymlü “LCD” ekrana malikdir, əməli yaddaş tutumu 1 QB, həmçinin 16 və ya 32 QB daxili yaddaşa malikdir.

Planşetin ön kamerası 2 meqapiksel kəskinliyə, əsas kamera isə “HD” çəkiliş dəstəkli 3 meqapiksel kəskinliyə malikdir.

Qurğuda “3G/HSPA”, “Bluetooth 3.0”, “GPS”, “Wi-Fi 802.11 b/g/n” dəstəklənir. Planşetdə əməliyyat sistemi kimi “Android OS 3.2” platforması quraşdırılıb.

Qurğunun qiyməti bilinmir. İlk tədarüklər oktyabr ayının sonunda İndoneziya və Avstriyaya olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL