waplog

Uçan avtomobil konsepti nümayiş olunub


“Airbus” təyyarə istehsalçısı Cenevrə avtosalonunda “Italdesign” dizayn bürosunun iştirakı ilə hazırlanan aerotaksi konseptini nümayiş etdirib. Modullu konstruksiyaya malik uçan avtomobil həm havada, həm də adi maşın kimi yollarda hərəkət edə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Pop.Up System” adlanan sərnişin kapsulunu “Uber” və ya digər internet taksisi kimi mobil proqram vasitəsilə sifariş etmək mümkündür. Süni intellekt əsaslı platforma bu və ya digər müştərinin nəyə üstünlük verməsini nəzərə alaraq səfər üçün optimal marşrutu seçir.

“Airbus” aerotaksisinin daha bir tərkib hissəsi istifadəçi ilə əlaqə yaradaraq hərəkət zamanı onun hərəkətlərinə reaksiya verən tam virtual mühitdir.

Korpusu bərk karbon lifindən hazırlanan uçan aparatın uzunluğu 2,6 metr təşkil edir.

Nizam Nuriyev




RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL