waplog

Yeni texnologiya səs vasitəsilə hərəkətləri izləməyə imkan verir


Hərəkətlərin izlənilməsi sistemləri, məsələn, videooyunlarda geniş tətbiq edilir. İşığa reaksiya verən xüsusi sensor və ya kameralarla məkandakı vəziyyət izlənilir. “Hauoli” şirkəti “SXSW” sərgisində səs vasitəsilə  hərəkətləri izləyən öz yeni həllini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Hauoli” şirkəti tərəfindən proqram formasında hazırlanmış səs vasitəsilə hərəkətlərin tanınması sistemi bahalı mikrofon və sensorlar tələb etmir. Bu o deməkdir ki, belə proqram təminatından istifadə edənlər əlavə pul xərcindən xilas olacaq. Bundan başqa, akustik izləmə proqramı, hətta səs-küylü yerlərdə öz işinin öhdəsindən yaxşı gəlir və batareyanın şarjını az işlədir. Düzgün iş prosesi üçün dinamik və mikrofon tələb olunur.

Tərtibatçılar yeni texnologiyanın işini nümayiş etdiriblər və bildiriblər ki, tezliklə onun köməyi ilə hətta rəsm çəkmək mümkün olacaq, amma hələ ki bəzi problemlər (ciddi ləngimələr) var. Mütəxəssislər bunu “Bluetooth”la əlaqələndirirlər. Amma “Hauoli” texnologiyası artıq “Fruit Ninja” oyununu oynamaq və adi smartfonla audio kolonkaya qədər olan məsafəni ölçməyə imkan verir. Jurnalistlər təqdimat zamanı heç bir səs eşitməyiblər, amma onların aparaturası azacıq çıqqıltı və maneələri qeydə alıb.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL