waplog

Spam məktublarının sayında artım qeydə alınıb


Spam kampaniyaları yenidən cinayətkarların tətbiq etdiyi əsas məlumat oğurlama üsuluna çevrilib. Belə ki, “IBM X-Force Threat Intelligence” şirkətinin ekspertləri 2016-cı il ərzində bank troyanları və fırıldaqçı proqram təminatının olduğu qoşma fayllı yazışmalarda spamların sayında artım qeydə alıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “IBM X-Force” eksperti Ralf İffertin sözlərinə görə, spam məktublarının 35 faizi “.com” və “.info” yüksəksəviyyəli ümumi domenlərində (generic top-level domains, gTLD) “URL” ünvanlarına malik olub, spam yayan saytların 20 faizi Rusiyanın milli “.ru” domenindən istifadə edib. Mütəxəssis qeyd edib ki, spam kampaniyalarında, həmçinin cinayətkarlar “.click”, “.top”, “.xyz”, “.link”, “.club”, “.space” və “.site” kimi məşhur olmayan yüksəksəviyyəli domenlərdən istifadə edirlər.

Yeni yüksəksəviyyəli domenlər spam yayanlara müxtəlif internet ünvanlarından istifadəyə və spam filtrlərindən yan keçməyə imkan verir. Bundan başqa, belə domenin qeydiyyat haqqı 1 dollar təşkil edir və bunun nəticəsində cinayətkarlar az pul xərcləməklə gündə yüzlərlə domeni qeydiyyatdan keçirə bilirlər.

Mütəxəssislərin proqnozlarına görə, bu tendensiya 2017-ci ildə də davam edəcək. Məsələn, cinayətkarlar “.xyz” zonasında spamın yayılması üçün internet ünvanlarından istifadəni davam etdirəcəklər. Ekspertlərin məlumatına görə, bu zonada 6 milyondan çox domen qeydiyyata alınıb və onların təxminən yarısı domeni qeydiyyatdan keçirən şəxs barədə yalnız “WhoIs” informasiyasını təqdim edir ki, bu da ondan potensial şübhəli məqsədlər üçün istifadə ediləcəyini ehtimal etməyə əsas verir.

Nizam Nuriyev 


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL