waplog

“Visa” ödəmə sistemi kontaktsız ödənişlərin həyata keçirilməsi üçün eynək təqdim edib


“Visa” beynəlxalq ödəmə sistemi kontaktsız ödənişlərin həyata keçirilməsi üçün eynək nümayiş etdirib. Söhbət bu yaxınlarda “SXSW” forumunda təqdim edilmiş günəş eynəyindən gedir.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, ödəmə sisteminin mütəxəssisləri günəş eynəyini “NFC” çipi ilə təchiz ediblər. Bu çipin köməyi ilə ödəmə terminallarından informasiya oxunur.

Mütəxəssislər yeni ixtiranı çox yüksək qiymətləndiriblər, çünki sözügedən günəş eynəyi çimərlikdə pulqabı və pul kisələri barədə düşünmədən istirahət etməyə imkan verəcək. Ancaq bu eynəkləri islatmaq olmaz və onu itirmək arzu olunan deyil.

“Visa” şirkəti yeni həlli ilə ödəmə prosessorlarının aksessuar və bəzək əşyalarına tətbiqi ideyasına davam edib. Məsələn, bundan əvvəl alıcıların nağdsız alış-veriş etməsinə imkan verən bilərzik təqdim edilmişdi.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL