waplog

Smartfon ekranının kənar gözlərdən qorunması üçün mobil proqram təqdim edilib


Kanadanın “BlackBerry” şirkəti smartfon ekranında göstərilən informasiyanın qismən gizlədilməsi üçün nəzərdə tutulan “Privacy Shade” adlı mobil proqram təqdim edib. “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “BlackBerry” telefonları ilə uyğunluq təşkil edən əlavəni “Google Play” mağazasından yükləmək mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, mobil qurğunun ekranının rəngini tündləşdirməyə imkan verən “Privacy Shade” smartfon istifadəçisi üçün ekranın lazımi seqmentinə adi parlaqlıqda baxmağa şərait yaradan kiçik yer qoyur. Bununla istifadəçi arxadan ekrana baxan şəxsin vacib informasiyanı oxuması riskini azaldır. Bundan başqa, proqramdan yataqda oxuma zamanı ekranın parlaqlığını azaltmaq üçün istifadə etmək olar. Lakin həkimlər görmə ilə bağlı yarana biləcək problemlərə görə bunu etməməyi tövsiyə edirlər.   

Qeyd edək ki, yeni əlavə yalnız təsadüfi məlumat sızması halları ilə mübarizədə effektiv ola bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL