waplog

“Google Glass” eynəyi gömrük orqanlarında tətbiq edilib


Dubay gömrükçüləri nəzarət-buraxılış məntəqələrində konteynerlərin skan edilməsi üçün “ağıllı” “Google Glass” eynəklərindən istifadəyə başlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti www.russianemirates.com resursuna istinadən yazır ki, qabaqcıl texnologiya gömrükçülərin işini sürətləndirməyə və sadələşdirməyə kömək edir. Belə ki, inspektorlar tərəfindən rentgen şəkillərinin dərhal əldə etməsi onlara adekvat tədbirlər görməyə imkan verir. Xüsusi proqram sayəsində eynək vasitəsilə alınan informasiya ilə gömrükçülər iş üçün onlara lazım olan bütün məlumatı əldə edə bilirlər.

Məlumata görə, hazırda gömrük idarəsi tərəfindən çap edilən gömrük bəyannamələrinin sayı 10 dəfə - gündə yüz ədəddən minədək artıb. Əvvəllər bir yükün emalı üçün 2 gün tələb olunurdusa, hazırda prosedur 3 dəqiqəyədək azaldılıb.

Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.   
 
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.

Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL