waplog

Naxçıvan MR-in poçt operatoru korporativ informasiya sisteminə qoşulur


Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt şöbəsini avtomatlaşdırılmış korporativ informasiya sisteminə birləşdirir.

Avtomatlaşdırılmış korporativ informasiya sistemi əhaliyə bank xidmətləri göstərməyə imkan verəcək. NMR-in bütün ərazisində avtomatlaşdırılmış poçt şöbələrinin ümumi sayı 68-dir.

Məlumata görə, bu yaxınlarda nazirlik tərəfindən iki yeni poçt şöbəsi istismara verilib. Onlar Culfa rayonunun kənd mərkəzində (Nahacır kəndi) və Şərur rayonunun rabitə evində (Yuxarı Daşarx kəndi) yerləşir.

Perspektivdə bu poçt rabitə şöbələri əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətlərinin göstərilməsi imkanı da əldə edəcəklər. Poçt operatoru "Azərpoct" MMC-yə yeddi maliyyə xidmətindən beşini göstərməyə icazə verilib.

Onlara poçt hesablarının açılması və onların idarə olunması, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların emissiyası, müştərilərin sifarişi ilə valyuta alqı-satqısı əməliyyatları, nağd və digər qiymətli vəsaitlərin inkassasiyası daxildir.

Perspektivdə daha iki əlavə xidmətin göstərilməsi məsələsinə baxılacağı da gözlənilir. Bunlar depozitlərin qəbulu və kredit kartlarının emissiyasıdır.

Bununla yanaşı, Culfa Telekommunikasiya Qovşağında ümumi telefon şəbəkəsinin nömrə tutumu 160 ədəd, Şərurda isə 384 ədəd artırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL