waplog

“Ailə TV” Gəncədə yayıma başladı


Abunəçilərə yüksək keyfiyyətli rəqəmsal televiziya proqramları təqdim edən “Ailə TV” artıq Gəncədə test yayıma başlayıb. Bu barədə Gəncə TKİ-dən məlumat verilib. Hal-hazırda “Ailə TV” yayımında 9 paket rejimi və 20 radiostansiyadan ibarət paket mövcuddur.

Ümumilikdə rəqəmsal yayım 155-dən çox kanaldan ibarətdir. “Ailə TV” kabel televiziya operatoru telequrmanlar üçün daha maraqlı təklif irəli sürür. Belə ki “Full HD” formatında yayımlanan 5 kanal izləmək mümkündür.

Həmçinin “HD” qəbuledicilərdə “PVR” funksiyası mövcuddur. Bu sistemin köməyi ilə abunəçilər izlədiyi verilişləri məlumat daşıyıcısına (fləş kart) yaza bilərlər. Bundan başqa şirkət abunəçilərinə Azərbaycanda analoqu olmayan CAM-modullar təklif edir.

Bu modula sahib olarkən abunəçilər heç bir kabel və avadanlıqdan istifadə olunmadan analoq, rəqəmsal və “HD” televiziyanı birbaşa izləmək imkanı var. Texnologiyanı yeni nəsil “LED”, “LCD” və plazma televizorlar dəstəkləyir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL