waplog

“Google Earth” servisinin yenilənmiş versiyası təqdim olunub


“Google” şirkəti “Google Earth” servisinin yeni funksiyalarla yenilənmiş versiyasını təqdim edib. Bundan sonra istifadəçilər ayrı-ayrı şəhərlərin və digər yerlərin üçölçülü (3D) xəritələrinə baxa, bəzi şəhərlər üzrə interaktiv ekskursiyalar edə biləcəklər. Proqramda bələdçi qismində alimlər və digər ekspertlər çıxış edirlər. Servisdə 50 ekskursiyadan yararlanmaq olar.   

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, hazırda “Android” əməliyyat sistemi üçün veb versiya və proqramdan istifadə mümkündür, yaxın vaxtlarda “iOS” sistemli qurğular üçün versiyanın işıq üzü görəcəyi gözlənilir.  

Əvvəllər veb versiyası mövcud olmayan “Google Earth” servisindən masaüstü kompüter və mobil qurğular üçün xüsusi proqramlar vasitəsilə istifadə mümkün olub. Hazırda isə hamı “earth.google.com” saytına daxil olaraq servisdən yararlanmaq imkanı əldə edəcək.

Tərtibatçıların sözlərinə görə, servisin veb interfeysinin hazırlanmasına 2 il sərf olunub.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL