waplog

“MasterCard” ödəniş kartları barmaq izi skaneri ilə təchiz edilməyə başlayıb


“MasterCard” ödəniş sistemi Cənubi Afrika Respublikasında sensorlu barmaq izi skanerinə malik ödəniş kartlarını sınaqdan keçirməyə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, kart sahibinin şifrlənmiş barmaq izi məlumatları “EMV” çipinə yazılır. Mikrosxemə yalnız kart sahibinə məxsus ikiyədək barmaq izini yazmaq olar.

Yeni kartın qalınlığı adi kredit kartı qalınlığındadır. Barmaq izi skaneri yuxarı sağ küncdə yerləşən və istifadəsi ödəniş terminalına daxil ediləndə mümkün olan kiçik düzbucaqlı şəklindədir.

Pərakəndə satışla məşğul olanlardan biometrik modulu dəstəkləyən plastik kartların qəbulu üçün yeni avadanlığın alınması tələb edilmir.

“MasterCard” kartları cari ilin sonunadək bütün dünyada yaymağı planlaşdırır. Bir çox məsələlərin konkret banklar və müvafiq qanunvericilikdən asılı olmasına görə texnologiyanın əvvəlcə istifadəyə veriləcək ölkələrin siyahısı hələ ki dərc olunmayıb.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL