waplog

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq


Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində tərcümə edə bilən “Airbuds Air Translator” qulaqcığı nümayiş olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qulaqcıq bu şəkildə işləyir: müxtəlif dillərdə danışan iki nəfər eyni qulaqcıqdan istifadə edərək bir-biri ilə danışmağa başlayır. Qulaqcığın korpusunda smartfonda xüsusi proqramı işə salan “Danışıq” düyməsi quraşdırılıb. Sözün hər biri tərcümə üçün “bulud” fayl saxlancına göndərilir və digər insana başqa dildə qulaqcıqda səs və qurğu ekranında mətnlə çat şəklində qaytarılır. Bu, həmsöhbətlərə tərcümənin düzgünlüyünü yoxlamağa imkan verir.

Tərtibatçıların sözlərinə görə, 42 dili dəstəkləyən platforma rəqib sistemləri üstələyir. Hazırda “Airbuds Air Translator” sadə cümələri düzgün tərcümə edir.

“Airbuds Air Translator” və analoji layihələrin əsas problemi internet bağlantısının keyfiyyət və sürətindən tam asılılıq və tərcüməni səsləndirən kompüter səsinin qeyri-təbiiliyi olaraq qalır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL