waplog

“Apple” şirkəti “iPod” pleyerlərinin qiymətini aşağı salıb


“Apple” şirkəti “iPod touch” və “iPod nano” cib mediapleyerlərinin qiymətini aşağı salıb. “iPod touch” indi “iOS 5” əməliyyat sistemi ilə təklif ediləcək. Müxtəlif məzmunun saxlanılması və sinxronlaşdırılması üçün nəzərdə tutulmuş “iCloud” xidmətinin dəstəklənməsi bildirilib.

Yeni qiymət siyasəti oktyabr ayının 12-də qüvvəyə minəcək: 8 QB daxili yaddaş ilə olan “iPod touch” pleyeri 199 dollara (əvvəlki qiymət 229 dollar olub), 32 QB fləş çiplə olan model 299 dollara, 64 Qb ilə olan model isə 399 dollara olacaq.

8 Qb yaddaş ilə “iPod nano” modeli bundan sonra 129 dollara (əvvəlki qiymət 149 dollar olub), 16 QB fləş çiplə olan versiya isə 149 dollara (əvvəlki qiymət 179 dollar olub) olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL