waplog

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" keçiriləcək.

Ənənəvi olaraq, hər il iki mərhələdə keçirilən olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

NAR, "BestComp Group" şirkətlərinin sponsorluğu ilə bu il təşkil olunan ümumrespublika tədbiri sayca 12-cidir.

Olimpiadada iştirak etmək üçün 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçib.

Olimpiadanın ilk mərhələsi 29 aprel saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər. Hər bir ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası ikinci (final) mərhələyə vəsiqə qazanacaq.

İkinci (final) mərhələsi isə may 2017-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.

17 may ərəfəsində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə olimpiada qaliblərinin mükafatlandırılması nəzərdə tutulur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL