waplog

“McAfee” antivirusunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək


Mobil qurğularda fərdi məlumatların mühafizəsi bir neçə il olar ki, fəal müzakirə mövzusuna çevrilib. Buna görə bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik təhlükəsiz qurğular istehsal edirlər. Populyar “McAfee” antivirusunun yaradıcılarından biri Con Makafi də belə cihaz təqdim edib. O, öz yeni həllini dünyada ilk təhlükəsiz smartfon adlandırır. Makafinin iddiasına görə bu, indiyədək mövcud olmuş qurğular arasında ən təhlükəsiz smartfon olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki,  "cihazın aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə qurulmuş bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon və “Wi-Fi”, “GPS” və “Bluetooth” üçün antennaları söndürməyə imkan verir. Bundan başqa, smartfonda anonim veb axtarış funksiyası mövcuddur" –  Con Makafi deyib.

“John McAfee Privacy Phone” adlandırılacaq aparat cari ilin sonunda satışa çıxarılacaq. Qurğunun texniki xarakteristikaları haqda hələ ki, heç bir məlumat yoxdur.

Smartfonun qiyməti 1100 dollar təşkil edəcək, potensial müştərilər isə korporativ istifadəçilərdir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL