waplog

“Microsoft” şirkəti yeni noutbukunu təqdim edib


“Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin “məktəb” versiyası ilə işləyən ilk noutbukunu nümayiş etdirib. 13,5 düymlük displeylə təchiz edilmiş “Surface Laptop” noutbuku 13 düymlük “MacBook Pro”dan daha sürətli işləyir və avtonom iş vaxtı 14,5 saat təşkil edir. Yeni noutbuk Nyu-Yorkda keçirilmiş konfransda təqdim olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni leptop “Surface” seriyasına məxsus cihazlar arasında planşetə çevrilməyən ilk qurğudur. Yeni cihazın klaviaturası “Surface Pro 4” noutbukunda olduğu kimi süni dəri ilə işlənib və displey “Surface Pen” stilusuna qarşı həssasdır.

“Surface Laptop” noutbuku “Intel Core i7” prosessoru, 1080p “PixelSense” (tərəflər nisbəti 3:2) displeyi, 1 TB-lıq SSD daşıyıcı, “USB-A” portu və “Dolby Premium” səs sistemi ilə təchiz edilib, çəkisi 1,25 kq-dır.

“Core i5” çipi ilə təchiz edilmiş başlanğıc səviyyəli model 999 dollara satılacaq.

Yeni noutbuk 15 iyun tarixində satışa çıxarılacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL