waplog

“WhatsApp”ın işində nasazlıq aradan qaldırılıb


Populyar “WhatsApp” messencerinin fəaliyyəti baş verən fasilədən sonra bərpa olunub. Bu barədə ixtisaslaşmış internet servisləri məlumat verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, proqramın işində nasazlıq təxminən iki saat davam edib. Populyar internet resurslarını izləyən “Downdetector” xidmətinin məlumatına görə, nasazlığın qarşısı alınıb.

Bundan başqa, “Reuters” agentliyi şirkətin mətbuat xidmətinə istinadən proqramın işində problemin aradan qaldırılmasını bildirib.

“Biz problemi aradan qaldırdıq və narahatlığa görə üzr istəyirik”, - agentlik “WhatsApp” mətbuat xidmətinə istinadən məlumat verib.

Servisin işində nasazlıqlar Azərbaycan, Rusiya, ABŞ, Avropa və Braziliyada qeydə alınıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL