waplog

“Google Maps” proqramında yolların redaktə funksiyası istifadəyə verilib


Ötən ilin sonunda istifadəçilərə mövcud xəritələrə düzəlişlər etməyə imkan verən “Map Maker” servisinin fəaliyyətini dayandıran “Google” şirkəti bu həftə “iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Google Maps” kartoqrafik əlavəsinin yolları redaktə etməyə imkan verən yenilənməsini təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin məlumatına görə, “Map Maker” servisində ən çox istifadə edilən funksiyalardan biri yolları əlavə və redaktə etmək imkanı olub. Məhz bu səbəbdən “Google” şirkəti “Google Maps” mobil əlavəsinin son yenilənməsinə bu funksiyanı əlavə edib.

Xəritəyə düzəlişlər etmək üçün yan menyunu açaraq “Rəy bildirmək” → “Yol əlavə etmək” bölməsinə daxil olmaq lazımdır.

Bundan başqa, “Google Maps” servisinin veb versiyası və “Android” üçün əlavədə “Dördüncü səviyyəli yerli ekspert” səviyyəli istifadəçilər bundan sonra problemlər barədə bir neçə yol seqmentində məlumat verə biləcəklər.  

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL