waplog

Pərəstişkarları Cobsun xatirəsini “Apple” mağazalarında yad edir


“Apple” şirkətinin sabiq rəhbəri Stiv Cobsun pərəstişkarları şirkətin firma mağazalarında yığılırlar. Bu barədə “Reuters” xəbər verib.

İnsanlar Nyu-York, Şanxay, Honkonq, Sidney və başqa şəhərlərdə yerləşən “Apple” mağazalarına gedirlər. Onlar özləri ilə gül, şam, Cobsun şəkillərini və “Apple” məhsullarını gətirirlər. Cobsun evinin ətrafında da insanlar toplaşıblar.

Cobsun ölümü ilə əlaqədar ABŞ prezidenti Barak Obama, “Microsoft”un banisi Bill Qeyts, “Facebook” rəhbəri Mark Sukerberq və başqa məşhur insanlar başsağlığı veriblər.

Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, 56 yaşlı Cobsun ölüm səbəbi xərçəng olub. O, uzun müddətdir ki müalicə olunurdu.

2011-ci ilin yanvar ayında Cobs xəstəliyinə görə “Apple” rəhbəri postundan məzuniyyətə getməyə məcbur oldu, avqust ayında isə o, baş direktor vəzifəsindən qəti olaraq getdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL