waplog

Yeni smartfonda “3D” təsvirə eynəksiz baxmaq mümkün olacaq


Çində üçölçülü təsviri (3D) xüsusi eynəkdən istifadə etmədən görməyə imkan verən unikal smartfon təqdim olunub. Bu barədə “Xinhua” informasiya agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, innovativ qurğunun istehsalı ilə məşğul olacaq şirkət nümayəndələrinin sözlərinə görə, smartfon istifadəçilərə analoqu olmayan təcrübə təqdim etməklə ekranda “3D” təsviri əlavə qurğudan (məsələn, eynək) istifadə etmədən görməyə şərait yaradacaq.

İstehsalçı şirkətin vitse-prezidenti Qao Tunlyan bildirib ki, smartfonda təsviri dəqiq və rəngarəng edən xüsusi virtual reallıq çipi quraşdırılıb. “Bu, sabahın texnologiyasıdır”, - o vurğulayıb.

İstehsalçı şirkətin adı və qeyd olunan qurğunun işləməsi barədə “Xinhua” məlumat vermir.

Smartfonun qiyməti 2-3 min yuan (290-435 dollar) təşkil edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL