waplog

“Google” şirkəti böyük ölçülü “4K” təsvir ölçülü sensorlu interaktiv lövhə istifadəyə verib


“Google” şirkəti “Jamboard” adlı interaktiv lövhənin satışlarına başlayıb. Məlumat üçün, sözügedən qurğu 2016-cı ilin oktyabrında təqdim edilib. “Jamboard” böyük ölçülü sensor ekrandır və adi interaktiv lövhə kimi istifadə edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, qurğu “G Suite” korporativ paketinə əlavə kimi təqdim edilir və “Google”un “bulud” xidmətlərinə inteqrasiya edilib. Sensor displey eyni anda 16-dək toxunuşu “tanıyır”, 55 düymlük diaqonala, “4K Ultra HD” (3840x2160 piksel) təsvir ölçüsünə malikdir, daxili HD veb-kamera, dinamiklər, “HDMI”, “USB” portları ilə təchiz edilib və “Wi-Fi” texnologiyasını dəstəkləyir.
 
“Android” və “iOS” mobil əməliyyat sistemləri üçün nəzərdə tutulmuş mobil proqramlar kolleqaların uzaq məsafədən müzakirə və yaradıcılıq prosesində iştirakına imkan verəcək.
 
ABŞ-da “Google Jamboard” interaktiv lövhəsini 4999 dollara ilkin sifariş etmək mümkündür. Həmçinin iki stilus, bir lastik və divar bərkitməsi qiymətə daxildir. Təkərli altlıq 1199 dollardır.
 

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL