waplog

“HoloLens” platforması bort bələdçilərə sərnişinlərin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək


“Microsoft” ötən ildən etibarən istehsalçılar üçün artırılmış reallıq qarniturunun tədarükünə başlayıb. “Air New Zealand” aviaşirkəti bu qarnitur sayəsində "gələcəyin bort bələdçiləri" üçün eynək yaradıblar. Təyyarənin ekipajı hazırda kompüter oyunlarında əlçatan olan imkanlara yiyələniblər.

“ICTnews” Elektron Xəbər Xidməti techcult.ru saytına istinadən yazır ki, “HoloLens” platformasının köməyi ilə işləyən "stüardessa eynəyinin" standart funksiyası aşağıdakılardır: istənilən vaxt sərnişinin sifətinə baxmaqla onun haqda  ətraflı informasiya (ad, yaş, səfərin məqsədi, vərdişlər, sərnişin tərəfindən edilmiş içki sifarişindən keçən vaxt) əldə etmək mümkündür. Bundan başqa, fobiyalar haqda məlumatlar, tibbi əks göstərişlər, təhlükəsizlik xidmətindən əldə edilmiş məlumatlar əlçatan olacaq. Bütün bu informasiya indi də əlçatandır, amma personalın işi dəfələrlə asanlaşacaq.

Əhəmiyyətinə görə ikinci vacib opsiya sərnişinin emosional vəziyyətinin təhlilidir. Sistem onun mimikasını, nəbz, nəfəs, səs tembrini araşdırır və onun emosional vəziyyətini qiymətləndirir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL