waplog

Mobil virusların sayında 3,5 dəfə artım qeydə alınıb


“Kasperski laboratoriyası” şirkətinin mütəxəssisləri cari ilin birinci rübündə mobil qurğuların yoluxdurulması üçün nəzərdə tutulan 218 625 quraşdırma fırıldaqçı virus paketi aşkarlayıblar. Bu, ötən rübün göstəricisindən 3,5 dəfə çoxdur. Virusların ümumi sayının 86 faizindən çoxu “Congur” ailəsindən olan zərərli proqram təminatlarının payına düşüb. Zərərli proqramlar yoluxdurulmuş qurğunun PİN kodunu dəyişərək onun blokdan çıxarılması qarşılığında pul tələb edirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, hücumların qurbanı olan istifadəçilərin 45 faizindən çoxu “Fusob” fırıldaqçı proqramı ilə qarşılaşıb. İnzibatçı hüququ əldə edən virus qurğu haqqında məlumat toplayaraq onu sahibinin serverinə göndərdikdən sonra haker bloklama komandası vermək imkanı əldə edir.
  
Məlumata görə, hücumlara hamıdan çox ABŞ sakinləri məruz qalıb. Belə təhlükələrlə mübarizə üçün “Kasperski laboratoriyası” Avropol, Niderland polisi və “Intel Security” şirkəti ilə birgə “No More Ransom” təşəbbüsünü istifadəyə verib. Layihənin başlıca məqsədi istifadəçiləri təhlükələr haqqında xəbərdar etmək və onlara məlumatların bərpası üçün pulsuz alətlər təqdim etməkdir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL