waplog

Musiqi əsərləri yazan neyroşəbəkə yaradılıb


“Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.
 
Məlumata görə, yeni süni intellekt sistemi hər biri görkəmli bəstəkarların musiqisindən ibarət sadə elementləri təhlil edən bir-biri ilə əlaqəli neyron qatlarından ibarətdir. Süni intellekt musiqi yazan zaman əvvəlcədən dinlənilən materialdan istifadə edərək kompozisiya yaradır.   
 
Süni intellektin təlimi zamanı mütəxəssislər proqrama Bethoven, Motsart və digər bəstəkarların 600 saat musiqi əsərini təhlil etməyə imkan verdikdən sonra neyroşəbəkə müstəqil şəkildə musiqi yazmaq qabiliyyətinə yiyələnib.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL