waplog

Yeni “HP” oyun noutbuku nümayiş etdirilib


“HP” şirkəti yeni “Omen” oyun noutbukunu təqdim edib. Qurğunu iki variantda - 15,6 və ya 17,3 düym diaqonallı ekranla əldə etmək mümkün olacaq. Təsvir ölçüləri də müvafiq olaraq 1920х1080 (Full HD) və 3840х2160 (4К) piksel arasında dəyişir. Bundan başqa, “G-Sync” və “FreeSync” texnologiyalarını dəstəkləyən versiyalar mövcuddur. Modelin əsasını yeddinci nəsil “Intel Kaby Lake” prosessoru təşkil edir. Ekranı kiçik versiyanın operativ yaddaşı 16 qiqabayta, ekranı böyük modelin 32 qiqabayta bərabərdir.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, məlumatların saxlanılması üçün sərt disk, bərk cisimli toplayıcı və ya onların birləşməsindən istifadə olunur. 15,6 düymlü model “NVIDIA GeForce GTX 960” və ya “AMD RX500”, 17 düymlü “NVIDIA GeForce GTX 1070” və ya “AMD RX580” sürətləndiriciləri ilə təchiz edilib. Hər iki noutbuk işıqverici klaviatura, 3 “USB Type-A” portu, 1 “USB Type-C”, “HDMI”, “mini-Display” və “Ethernet” çıxışları, eləcə də kart oxucusu ilə təchiz olunub.  

Noutbukların qiyməti müvafiq olaraq 1000 və 1100 dollar təşkil edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL